• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Aprelin 23-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.

Final mərhələsində 450-yə yaxın məktəbli iştirak edib və onlara  açıq tipli suallar təqdim olunub. Fənlərdən asılı olaraq, təqdim edilən tapşırıqlara 3 və ya 4 saat ərzində cavab verilməsi tələb olunub.

İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim edilib.

   Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaq  və nəticələr həmin gün elan olunacaq. Nəticəsindən narazı olan şagirdlərə aprelin 24-də münsiflər heyəti ilə müzakirə aparmaq imkanı veriləcək.

    Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.


8 il əvvəl