19.04.2016

Məktəb icmaları üçün kitab marafonu

Məktəb icmaları üçün “Kitab Kvest-i” adlı müsabiqə elan olunub. Onlayn formatda keçiriləcək müsabiqədə uşaqlar, valideynlər və müəllimlər məktəb icmasının ən geniş oxu bilgisinə malik olan iştirakçısı adı uğrunda mübarizə aparacaqlar.

Community.az portalı tərəfindən təşkil edilən müsabiqənin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan maraqlarını artırmaqdır.

Müsabiqənin şərtlərinə əsasən, kitab marafonunda iştirak etmək üçün “Bahar kitab marafonu” qrupuna daxil olmaq lazımdır (www.community.az). Qrupda müsabiqənin bütün mərhələlərinin sualları, həmçinin iştirakçılar haqqında məlumatlar yerləşdiriləcək. Sualların cavabını qrupun moderatoruna (“Bahar kitab marafonu” qrupunun moderatoru) şəxsi mesajla göndərmək lazımdır. Hər mərhələ bitdikdən sonra “Bahar kitab marafonu”nda bütün iştirakçıların göstərdikləri nəticələr, həmçinin növbəti mərhələyə keçənlərin siyahısı dərc olunacaq.

Müsabiqə 3 mərhələdə keçiriləcək. Hər mərhələdə iştirakçılara dünya bədii ədəbiyyatı üzrə 10 sual veriləcək və hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Növbəti mərhələyə maksimal bal yığan iştirakçılar keçəcək.

Kitab marafonu qaliblərinin adları mayın 11-də açıqlanacaq. Qaliblər portalın tərəfdaşları tərəfindən dəyərli  hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.


Açar sözlər: ,