• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 25-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada növbəti sınaq imtahanının keçirilməsinə dair müşavirə olub.

Aprelin 25-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada növbəti sınaq imtahanının keçirilməsinə dair müşavirə olub.
Müşavirədə təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərinin buraxılış siniflərində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsinin təhsilin keyfiyyətini yüksəltməyə xidmət etdiyini bildirib. Bu sahədə artıq müəyyən uğurların qazanıldığını deyən Misir Mərdanov imtahanların yeni qaydada aparılmasının cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını söyləyib. Eyni zamanda nazir bu sahədə bir sıra çətinliklərin də olduğunu vurğulayıb.
Sonra Misir Mərdanov imtahan prosesinə mənfi təsir göstərən halların aradan qaldırılması və imtahanların daha səmərəli keçirilməsi üçün həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib. Nazir bildirib ki, nizam-intizamın möhkəmləndirilməsi, imtahan prosesinin daha keyfiyyətli idarə edilməsi məqsədi ilə hər mərkəzdə 25-ə qədər otağın olması, hər otağa 18 şagirdin yerləşdirilməsi qərara alınıb. İmtahan otaqlarında şagirdlərin sayının azaldılması mərkəzlərin sayının artmasına səbəb olub. Məhz buna görə də nazir sonuncu yoxlama imtahanının əvvəlkilər kimi 89 mərkəzdə deyil, 129 mərkəzdə keçiriləcəyini bildirib, habelə onların paytaxt və bölgələr üzrə bölgüsü ilə müşavirə iştirakçıları tanış edib.
Misir Mərdanov cavab kartlarının doldurulması ilə bağlı edilmiş yenilik barədə məlumat verib. Nazir bildirib ki, cavab kartlarının şagirdlər tərəfindən doldurulması zamanı çətinliklərin yaranmaması məqsədilə hər bir şagirdin cavab kartında onun kodunu, variantını, adı və soyadını bildiriən məlumat xüsusi qurğu tərəfindən əvvəlcədən qeyd olunub.     
Nazir çıxışında imtahan rəhbərlərinin təyin olunduqları mərkəzlərə getmə vaxtı, imtahan başa çatdıqdan sonra materialların Təhsil Nazirliyinə təhvil verilməsi, imtahanların aparılmasında mövcud təlimatın tələblərinə əməl edilməsi və s. məsələlərə də toxunub, eyni zamanda öz tövsiyələrini verib.


8 il əvvəl