• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Mikayıl Cabbarovun Moskvaya işgüzar səfəri davam edir

Aprelin 14-də təhsil naziri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Rusiyada təhsil alan tələbələr və gənc alimlər qrupu ilə görüşüb. Görüşdən əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstəsi qoyub və cari ilin aprel ayının əvvəlində baş tutmuş hərbi qarşıdurma zamanı vətəni qoruyarkən şəhid olanların şərəfinə yaradılmış xatirə stendinə baş çəkib.

Açılış nitqində təhsil naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ümumi inkişaf strategiyasının hissəsi kimi təhsil sahəsində aparılan islahatlardan danışıb. Nazir gənc azərbaycanlıların xaricdə ən yüksək səviyyədə təhsil almalarının və Azərbaycana qayıdıb müvafiq sahələrdə töhfə vermələrinin əhəmiyyətini vurğulayıb. M.Cabbarov ictimai işin əhəmiyyətini xüsusilə qeyd edib və bu sahədə Leyla xanım Əliyevanın müvəffəqiyyətlə rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətini yüksək qiymətləndirib.  Nazir Tələbə və Elmi Cəmiyyətin yaradılması təşəbbüsünü müsbət qarşılayıb və bunun azərbaycanlı gənclərin bir-biri ilə əlaqə qurması üçün yaxşı platforma olacağına ümid etdiyini bildirib. Sonra təhsil naziri tələbələrin suallarını cavablandırıb.

Həmin gün təhsil naziri Rusiya Təhsil Akademiyasının Prezidenti Lyudmila Verbitskaya ilə görüşüb. Xanım Verbitskaya keçən il Bakıya səfərini və Azərbaycanın inkişafından, Bakının memarlığından və rus dili biliyi səviyyəsindən məmnun qaldığını xatırlatdı. Tərəflər təhsil sahəsində aparılan islahatlar haqqında məlumat mübadiləsi apardılar və Akademiya ilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar arasında əməkdaşlığı gücləndirməyə razılaşdılar.

Gün ərzində nazir Moskva Təhsil Departamentinin və “Rossotrudniçestvo” Agentliyinin rəhbərliyi ilə işçi görüşlər keçirərək əməkdaşlığın indiki vəziyyətini və onun genişləndirilməsi üçün potensial imkanları müzakirə etdilər.

Səfərin sonunda təhsil naziri  Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri D.Livanovla yekun görüş keçirib, səfərin nəticələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

Azərbaycan nümayəndə heyətinin səfəri başa çatıb.    


8 il əvvəl