12.04.2016

Mini Futbol Çempionatının I mərhələsinə yekun vurulub

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən  Məktəblilərin Bakı şəhəri üzrə Mini Futbol Çempionatının I mərhələsi (rayon mərhələsi) başa çatıb.

Birinci mərhələnin oyunlarına Bakı şəhəri üzrə 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edib. “Olimpiya” sistemi üzrə keçirilən bu mərhələdə Bakı şəhərindəki 305 məktəbdən 3660 şagird mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda paytaxtın rayonları üzrə I və II yeri tutan 24 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

II mərhəldə komandalar püşkatma yolu ilə 4 yarımqrup üzrə mübarizəni davam etdirəcəklər. Bu mərhələ aprelin 18-də start götürəcək. Yarımqrup oyunları Bakı şəhərindəki 21, 53, 248 və 267 nömrəli orta  məktəblərin idman meydançalarında keçiriləcək.


Açar sözlər: