• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Şöhrət” ordeni təqdim olunub

Aprelin 8-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Asəf İsgəndərova bu ali mükafatı təqdim edib.

Təhsil naziri A.İsgəndərova uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb. Nazir A.İsgəndərovun bundan sonra da elmi-pedaqoji fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Asəf İsgəndərov onun əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib.


8 il əvvəl