• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dəyirmi masa”

Aprelin 7-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “Dəyirmi masa” keçirilib.

Öncə  tədbir iştirakçıları cəbhə xəttində şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tədbiri giriş sözü ilə açıb və “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda təqdimatla çıxış edib.  Kamran İmanov təqdimatda plagiatla baglı məsələlərdən və bu sahədə görülən işlərdən danışıb, dünya təcrübəsi nəzərə alınmaqla antiplagiat informasiya axtarış sisteminin yaradılması zəruliyini qeyd edib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil sistemində plagiatın  qarşısının alınması hər birimizin qarşısında duran əsas məqsədlərdəndir. Hazırda Azərbaycanda plagiatın qarşının alınması üçün beynəlxalq təcrübənin araşdırıldığını və mühüm işlərin həyata keçirildiyini vurğulayan nazir bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyi məsələsinə toxunub. Nazir həmçinin, belə bir tədbirin keçirilməsinin plagiata qarşı mübarizəyə öz töhfəsini verəcəyini nəzərə çatdırıb.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və Xəzər Universitetinin departament müdiri Muxtar Hacızadə çıxış ediblər.

Çıxış edənlər bildirib ki, “Dəyirmi masa”nın mövzusu müasir dövrdə elm və mədəniyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri hesab edilən plagiatçılıq, yəni əqli oğurluq, onun müxtəlif təzahür formaları və bu sahədə aparılan mübarizə tədbirləridir. Qeyd etmək lazımdır ki, tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq, sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir.

Daha sonra plagiatın yaranma səbəbləri, aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirilib, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

 


8 il əvvəl