• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Jurnalistlər üçün təlimə başlanılır

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14-16 aprel 2016-cı il tarixlərində nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.

Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Üçgünlük təlim “Jumeirah Bilgah Beac” otelində keçiriləcək.

Təlimdə iştirak etmək istəyən media nümayəndələrindən 10 aprel 2016-cı il tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

https://docs.google.com/forms/d/1eIsWmCkxfEEDVu7E0QZWeA4UGjHZWJgdNzkGcSSdG8Q/edit

Yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçmiş media nümayəndələri təlimdə iştirak hüququ qazanacaqlar.


8 il əvvəl