Təhsil naziri yaralanmış şagirdə baş çəkib
Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edir.
Qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.
Həmçinin, təhsil naziri Ağdam, Tərtər və Füzuli rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində qeyd olunan rayonlarda zərər görmüş təhsil müəssisələri, bununla əlaqədar tədris prosesinin pozulması halları barədə nazirə məlumat verilib. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində olduğunu bildirib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.
8 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22