• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb direktorlarının işə qəbulu ilə bağlı ikinci mərhələ başlayıb

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı başa çatıb.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.

Aprelin 1-dən müsabiqənin ikinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi başlanılıb. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatları yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır. Ərizədəki qeyd olunan məlumatlar mövcud qaydalara uyğun olmadıqda namizədin elektron ərizəsi ləğv edilir.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün qeydiyyatdan keçən namizədlərə ərizələrinin təsdiq olunduğunu bilmək üçün şəxsi səhifələrini izləmələri tövsiyə olunur.


8 il əvvəl