• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər.

Final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Belə ki, X və XI siniflər yuxarı yaş qrupu kateqoriyasında, IX və xüsusi istedadı ilə seçilən daha aşağı sinif şagirdləri isə aşağı yaş qrupu kateqoriyasında eyni materiallar üzrə sualları cavablandıracaqlar.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək. Final mərhələsinin ilk günü qeydiyyat və açılış mərasimi, ikinci günü  - final mərhələsi, üçüncü günü isə nəticələrin elanı və apelyasiya olacaq.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə  27 500-dən çox şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib.


8 il əvvəl