• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 1-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib.

Mayın 1-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsinin üçüncü mərhələsi üzrə nəzərdə tutulan tədbirlərdən danışıb və bu mərhələdə müəllimlərin 10 dəqiqəlik təqdimatla çıxış edəcəyini bildirib. Nazir həmin müəllimlərin qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının vacibliyini qeyd edib.
Tədbirdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, “İlin ən yaxşı məktəbi” müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonra Misir Mərdanov bu günlərdə keçirilən sınaq imtahanının nəticələrindən söz açaraq, təşkilati işlərin daha mütəşəkkil şəkildə qurulmasından danışıb. Nazir, həmçinin imtahan mərkəzlərinin sayının artırılması və məktəb direktorlarının bu işə cəlb olunmasının müsbət nəticələr verdiyini qeyd edib.
Müşavirədə nazir qarşıda duran bir neçə mühüm məsələyə toxunub, eyni zamanda orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi vəziyyəti barədə fikirlərini açıqlayıb və müvafiq istiqamətdə pilot layihə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.


8 il əvvəl