• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam edir

Martın 15-də Sumqayıt şəhərində 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib.

Müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, şəhərin ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak edib.

“Dəyirmi masa”da 12 illik ümumi təhsilin üstünlükləri, bu sahədə dünya təcrübəsi, prosesə hazırlıqla bağlı atılacaq zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı əsas hədəflər barədə məlumat verilib.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı XXI əsrin tələbləri və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla məzmunun və tədris yükünün optimal müəyyənləşdirilməsi, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, peşə təhsili imkanlarının artırılması zərurəti, məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla ümumi təhsilin mümkün modellərinə dair təkliflər səsləndirilib.


8 il əvvəl