• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Anlaşma memorandumu imzalanıb

Martın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb.

İmzalanma mərasimində Təhsil Nazirliyinin və AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak ediblər.

Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2016-2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə futbolu inkişaf etdirmək və bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün tədris metodikasının təkmilləşdirilməsi və digər  istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. O, futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, futbol meydançalarının yaradılması, məktəbli futbolçuların idman ustalıqlarının və futbolun kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşdırılması və futbolla məşğul olanların sayının artması istiqamətlərində həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verib. E.Məmmədov bu layihələrin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AFFA ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olacağını vurğulayıb.

 


8 il əvvəl