15.03.2016

Təhsil naziri Hindistan Respublikasının səfirini qəbul edib

Martın 14-də təhsil naziri Mikayıl Cabbarov Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul edib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Açar sözlər: