Azərbaycan Texnologiya Universitetində memorandum imzalanıb
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında memorandum imzalanıb.
İmzalanmadan öncə ATU-da "Gənc Mühəndislərin İnkişafı" İB idarə heyətinin üzvləri ilə görüş keçirilib.
Qonaqları salamlayan ATU-nun rektoru Akif Süleymanov onlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Rektor bildirib ki, ATU-nun mütəxəssis hazırlığı proqramında əsas istiqaməti mühəndis və mühəndis-texnoloq kadrlarının yetişdirilməsi təşkil edir. Ona görə də universitet bu sahə üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.
A.Süleymanov qeyd edib ki, ATU əsasən qida sənayesi və yüngül sənaye üzrə, eləcə də bir sıra digər istiqamətlər üzrə mütəxəssis hazırlayan ali təhsil ocağı kimi, ölkədə bu sahələrin inkişaf etdirilməsində, mühəndislərin peşəkar hazırlığının yüksəldilməsində maraqlıdır. Texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mühəndislik bu günün və gələcəyin ən vacib ixtisaslarındandır.
"Gənc Mühəndislərin İnkişafı" İB idarə heyətinin sədri Yusif Yusifov da rəhbərlik etidyi təşkilatın məqsəd və fəaliyyətləri barədə məlumat verib. O, qeyd edib ki, ictimai birliyin əsas qayəsi mühəndislərin həyat və iş təcrübələrini ortaya qoyan bir platforma yaratmaq, dünyanın qlobal problemlərinə mühəndislik həlləri təklif edə bilən sosial məsuliyyətli mühəndislər yetişdirmək, mühəndislik qurumları ilə əlaqələndirici funksiyanı yerinə yetirməkdir. Y.Yusifov qeyd edib ki, "Gənc Mühəndislərin İnkişafı" İB-nin tərkibində 8 müəhəndislik klubu fəaliyyət göstərir ki, onlardan da 6-nın istiqaməti ATU-nun ixtisasları ilə eynilik təşkil edir. Məhz bu amil universitetlə ictimai birliyin əməkdaşlığı üçün real zəmin yaradır. O, qeyri-neft sektorunun inkişafının ölkəmizdə vacib məsələ kimi qarşıya qoyulduğu indiki zamanda sənayenin digər istiqamətləri üzrə mühəndis kadrların hazırlanmasının əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Görüşün yekununda ATU ilə "Gənc Mühəndislərin İnkişafı" İB arasında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memoradumu imzalanıb.
Sonra "Gənc Mühəndislərin İnkişafı" İB-nin ekspertləri universitetin akt zalında tələbələr qarşısında qida təhlükəsizliyi, ekologiya və İKT sahələrinə dair təqdimatlarla çıxış ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22