“Novruz mühazirələri” davam edir
Martın 9-da növbəti “Novruz mühazirəsi” keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində baş tutan görüşdə təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirə səsləndirib.
Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Mühazirədə Asif Cahangirov səriştə əsaslı təhsil mühitində müəllimlərin qarşısında duran vəzifələrindən, tədris-təlim prosesinə yeni yanaşmalardan, səriştənin planlanlaşdırılmış səviyyədə formalaşdırılmasından danışıb, səriştə əsaslı təhsildən nümunələr səsləndirib.
Qloballaşan dünyanın tələblərinə uyğun olaraq, təhsil sisteminin formalaşdırılmasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının mühüm əhəmiyyət daşıdığını bildirən A.Cahangirov strategiyada təsbit olunan əsas istiqamətlərdən birinin də məhz səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmunu olduğunu diqqətə çatdırıb. O, səriştə əsaslı pedaqoji təhsil, ali məktəblər üçün səriştə əsaslı təhsil proqramı və komponentləri ilə bağlı geniş məlumat verib, bu sahədə mövcud olan yerli və beynəlxalq təcrübəni müqayisə edib.
Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuya dair müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10