• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Valideyn Nəzarət Sistemi” yenilənib

         “Elektron məktəb” layihəsi çərçivəsində istifadəyə verilən “Valideyn Nəzarət Sistemi”ndə (ael.edu.az) yenilənmə işləri aparılıb və saytın yeni versiyası hazırlanıb.

Hazırda layihəyə ölkə üzrə 43 ümumi təhsil məktəbi cəlb olunub. Layihəyə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Valideynlər məktəblərdən istifadəçi parollarını almaqla, övladlarının davamiyyətini və nailiyyətlərini onlayn rejimdə ödənişsiz izləyə bilərlər.


8 il əvvəl