• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişaf perspektivləri ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Öncə təhsil naziri Misir Mərdanov müşavirə iştirakçıları ilə birgə Heydər Əliyev Mərkəzində, rayonun A.Mustafayev adına Həsənsu kənd orta məktəbində və Ağstafa Tikiş Fabrikində olublar.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Ağstafa  Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda təhsil sahəsində görülmüş işlər və təhsil işçilərinin fəaliyyəti barədə qısa məlumat verib.
Tədbirdə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 2009-cu ildə imzaladığı təhsil sahəsinə dair sərəncamların əhəmiyyətindən bəhs edib.   “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda təqdimat edən nazir son beş ildə Ağstafa, Qazax və Tovuz  rayonlarının ümumtəhsil məktəblərinin I sinif şagirdləri, XI sinfi bitirənlər, attestat alanlar, ümumtəhsil məktəbləri şəbəkəsi, siniflərdə şagird sıxlığı, şagird-müəllim nisbəti, müvafiq rayonlarda 2003-2009-cu illərdə məktəb və əlavə sinif otaqlarının tikintisinin aparılması, məktəblərin avadanlıqlarla təminatı məsələlərinə toxunub. Hər üç rayonda 2008-2009-cu tədris ilində  ümumtəhsil məktəblərinin fəaliyyətindən, ali məktəblərə qəbul imtahanlarında  həmin rayonlar üzrə abituriyentlərin göstərdiyi nəticələrdən söz açan nazir müəllimlərin dərs yükü və  dövlət təltifi alanlar haqqında da məlumat verib.
Müşavirədə qeyd olunan rayonlarda təhsil sahəsində mövcud problem və pespektivləri diqqətə çatdıran Misir Mərdanov ümumtəhsil məktəblərində görülmüş və həlli vacib işlərdən söz açıb, regionun sosial-iqtisadi inkişafına uyğun olaraq peşə təhsili mərkəzlərinin artırılmasının vacibliyindən, habelə təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. Müəllimlərin ixtisasının artırılması, orta məktəblərin IX-XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlar, həmçinin bu regionda ümumtəhsil və peşə təhsili müəssisələrində ayrı-ayrı fənlərin tədrisi vəziyyətini daha da yaxşılaşdırmaq üçün İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra təhsil naziri Misir Mərdanov Qazax rayonundan olan iki müəllimə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanını, Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil müəssisələrində işləyən bir qrup müəllimə isə Fəxri fərmanlar təqdim edib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Nizami Cəfərov  çıxış edib.
Təhsil naziri  Misir Mərdanov  rayonun 1 və 2 saylı Dağ Kəsəmən kənd, 2 saylı şəhər orta məktəblərində, həmçinin 2 saylı uşaq bağçasında da olub, burada çalışan pedaqoji kollektivlərlə  görüşərək  onların arzu və istəklərini dinləyib.


8 il əvvəl