• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının tələbələri pedaqoji təcrübə keçib

SABAH qruplarının tələbələri “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübəni başa vurublar.

SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri 1-15 fevral 2016-cı il tarixlərində qədər Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin sağlam təhsil texnologiyalarının tətbiq edildiyi ibtidai siniflərində pedaqoji təcrübə keçiblər.

Təcrübənin yekununda yüksək fəallıq göstərmiş tələbələr və təcrübənin müvəffəqiyyətli təşkilinə dəstək olduqlarına görə ibtidai sinif müəllimləri sertifikatla təltif ediliblər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.

    “Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.


8 il əvvəl