• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində görüş

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqi sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş tarix elmləri doktoru Anar İsgəndərov və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Faiq Lətifovla görüşüb.

Təhsil naziri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini və Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını təltif olunmuş şəxslərə təqdim edib. Anar İsgəndərovu və Faiq Lətifovu təbrik edən nazir onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. Azərbaycan tarixinin dərindən tədqiq olunmasının əhəmiyyətinə toxunan təhsil naziri, həmçinin peşəkar hərbi kadr hazırlığının vacib sahələrdən biri olduğunu söyləyib.

Tarix elmləri doktoru Anar İsgəndərov onun əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Faiq Lətifov da göstərilən diqqətə görə təşəkkürünü bildirib və bundan sonra daha əzmlə çalışacağını nəzərə çatdırıb.


8 il əvvəl