• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib

Fevralın 23-də İçərişəhərdəki “Muğam klub”da ilk “Novruz mühazirəsi” keçirilib.

Görüşdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil ekspertləri iştirak ediblər.

“Novruz mühazirələri”nin ilk görüşündə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edib.

U.Ələkbərov Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və dünyanın bir çox ölkələrində müvafiq mühazirələrin keçirildiyini deyib.

Akademik dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb. Davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunan U.Ələkbərov müvafiq sahələrdə Azərbaycan və bir sıra digər dünya ölkələri üzrə müqayisəli statistikanı təhlil edib.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.

Qeyd edək ki, “Novruz mühazirələri”nin “Təhsil” TV tərəfindən çəkiliərək Təhsil  Nazirliyinin internet resurslarında yayımlanması nəzərdə tutulub. Mühazirələrin informasiya dəstəyi “Azad Azərbaycan” televiziyasına və Qafqazinfo.az saytına məxsusdur.

 


8 il əvvəl