• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 saylı orta məktəbin 80 illik yubiley mərasimi keçirilib.

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 saylı orta məktəbin 80 illik yubiley mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə məktəbin direktoru Gülnaz Mehdizadə açaraq qədim təhsil ocağının pedaqoji kollektivi adından tədbir iştirakçılarını salamlayıb və məktəbin tarixi barədə məlumat verib.
Sonra kiçikyaşlı şagirdlərin ifasında mahnılar oxunub, seirlər dinlənilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fraqmentlər göstərilib və məktəbin yaxın, uzaq keçmişini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib, eləcə də bir neçə məzun onlara dərs demiş müəllimlər haqqında xatirələrini danışıb.
Təhsil naziri Misir Mərdanov pedaqoji kollektivi məktəbin 80 illik yubileyi münasibətilə təbrik edib, onlara daha yüksək nailiyyətlər qazanılmasında uğurlar arzulayıb. Nazir qeyd edib ki, mövcud olduğu illər ərzində vətənpərvər, dərin bilik və bacarıqlara malik nəsillər tərbiyə edib yetişdirən qocaman təhsil ocağı bu gün də öz missiyasını layiqincə davam etdirir.
Sonda nazir məktəbin bir qrup müəlliminə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərman təqdim edib.


8 il əvvəl