• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın “DAEWOO” Şirkəti tərəfindən “Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi” üzrə hazırlanmış layihənin təqdimatına həsr olunan mərasim keçirilib.

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın “DAEWOO” Şirkəti tərəfindən “Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi” üzrə hazırlanmış layihənin təqdimatına həsr olunan mərasim keçirilib.
Öncə iştirakçılar Koreyanın “İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu” nun fəaliyyət istiqamətləri və qeyd olunan layihəyə dair təqdimatla tanış olub. Sonra təhsil naziri Misir Mərdanov ölkəmizdəki peşə təhsili müəssisələri, onların mövcud vəziyyəti barədə məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu sahə üzrə Dövlət Proqramının təsdiq olunduğunu qeyd edən nazir hazırda müvafiq istiqamətdə ciddi iş aparıldığını bildirib. Nazir peşə təhsili sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin xeyli artdığını da vurğulayıb.
Misir Mərdanov mövcud sahənin inkişafı ilə əlaqədar beynəlxalq təşkilatlarla yaranan əlaqələr, hazırda 6 layihə üzrə həyata keçirilən tədbirlərdən söz açıb. Cənubi Koreya Respublikası ilə qurulan əməkdaşlıq çərçivəsində Peşə Təlimi Mərkəzinin yaradılmasına dair müvafiq ölkənin “DAEWOO” Şirkəti ilə ötən il memorandum imzalandığını diqqətə çatdıran nazir eyni zamanda həmin mərkəzin fəaliyyət istiqamətləri haqqında danışıb.
“DAEWOO” Şirkətinin vitse-prezidenti cənab Jonq Hvan Pak layihənin reallaşdırılması ilə əlaqədar birgə görülən səmərəli işlər, keçirilən görüşlər və qarşılıqlı səfərlərdən söz açıb. Qonaq Azərbaycanda Koreya tipli Peşə Təlimi Mərkəzi yaratmaqla yüksək ixtisaslı kadrların hazırlanmasına, bu sahənin inkişafına çalışdıqlarını açıqlayıb.
Sonda tədbirdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.


8 il əvvəl