“Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyinin 11 yaşlı üzvü Mədinə Hüseynzadənin “Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi keçirilib.
“Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, dərnək üzvlərinin əsərlərinin nümayiş olunması üçün açılan sərgilər azyaşlıların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır.
Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib.
Tədbirin bədii hissəsində mərkəzin dərnək üzvləri çıxış ediblər.
2010-cu ildən rəsm dərnəyinin üzvü olan Mədinə Hüseynzadə bir neçə yerli və beynəlxalq rəsm müsabiqəsində iştirak edib, nailiyyətlər qazanıb. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalı günlərində Mədinə Hüseynzadənin fərdi sərgisində 40-a yaxın rəsm əsərləri nümayiş olunub. 11 yaşlı məktəbli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyində də məşğul olub.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində olan Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəz məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün şərait yaradır.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800 uşaq, yeniyetmə və gənc məşğul olur.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07