• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəbli Belçikada I yerə layiq görülüb

Təhsil Nazirliyi Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

2-7 fevral tarixlərində keçirilən bu müsabiqə EPTA – Avropa Fortopiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 dövləti bu assosiasiyanın üzvüdür.

 Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova müsabiqənin II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək, münsiflər heyəti tərəfindən yüksək qiymətə layiq görülüb.

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Leyla Zeynalovanın adı gənc istedadların “Qızıl kitabı”na yazılaraq xüsusi təqaüdə layiq görülüb. Gənc pianoçumuz 2015-ci ildə “Young musician - Tallinn 2015” adlı beynəlxalq müsabiqədə iştirak edərək Grand-Prix mükafatına layıq görülüb.


8 il əvvəl