• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində ilk təlim təşkil edilib

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və IDEA İctimai Birliyi məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” adlı ekoloji tədris proqramına başlayıb

Proqramın məqsədi gənc nəslə təbiətə qayğı və məhəbbət hissinin aşılanması, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin aktiv şəkildə cəlb edilməsindən ibarətdir.

Proqram çərçivəsində ilk təlim Bakı şəhəri 6 saylı tam orta məktəbin eko-klubunda təşkil edilib. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim “Alternativ enerji – gələcəyin enerjisi” mövzusuna həsr olunub. 30 nəfərdən çox şagirdin qatıldığı interaktiv təlim zamanı ətraf mühitlə bağlı müzakirələr aparılıb, məktəbliləri maraqlandıran mövzular üzrə mütəxəssislərin fikirləri dinlənilib.

IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi respublikamızın digər orta təhsil müəssisələrinin şagirdləri üçün də oxşar təlimlər təşkil etmək niyyətindədir. Proqrama uyğun olaraq hər ay şagirdlər üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və digər  ekoloji mövzuları əhatə edən təlimlər təşkil ediləcək.

Qeyd edək ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə ekoklubların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərində 25 ümumi təhsil müəssisəsində ekoklublar fəaliyyət göstərir.


8 il əvvəl