• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Ceyhun Bayramov “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”nda çıxış edib

Fevralın 10-da London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu” keçirilib. Forumun açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru xanım Rebeka Haqs çıxış ediblər.

C.Bayramov öz çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ilə bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və təhsilin ən dinamik şəkildə inkişaf edən sahələrdən biri olduğunu, Azərbaycan hökumətinin bilik iqtisadiyyatına keçid dövründə təhsil islahatlarına xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın  bu islahatlar üçün yol xəritəsi olduğunu nəzərə çatdırıb. Nazir müavini iki ölkə arasında ali təhsil sahəsində artıq uğurlu əməkdaşlıq layihələrinin mövcud olduğunu bildirərək, bu layihələrin həm kəmiyyət, həm də keyfiyyət baxımdan artırılmasının vacibliyini vurğulayıb. C.Bayramov Azərbaycan tələbələri üçün Böyük Britaniya ali təhsil müəssisələrinin cəlbediciliyinə də diqqət çəkərək, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılmış təqaüdlərin 1/3-nin məhz bu ölkədə təhsil alan tələbələrə verildiyinə diqqət çəkib.

Daha sonra işçi sessiyalar çərçivəsində Azərbaycan və Böyük Britaniya universitetlərinin nümayəndələri ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın cari durumu və gələcək əməkdaşlıq perspektivləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı professor-müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, ali təhsilin idarəolunması sahəsində uğurlu təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər ətraflı şəkildə müzakirə olunub.


8 il əvvəl