• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unda iştirak edir.

Forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər. 

“Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq  imkanlarının araşdırılmasıdır.

Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi də gözlənilir.


8 il əvvəl