• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akademik coğrafiya fənni üzrə dərs tədris edib

Fevralın 9-da Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu və 10-cu sinif şagirdlərinə “Coğrafiya-müşahidədən fundamental elmə və tətbiqə doğru” mövzusunda dərs tədris edilib. Dərs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfindən keçirilib.

Dərsdə akademik Ramiz Məmmədov bəşəriyyətin yaranma tarixi barədə fərziyyələr, dünya xəritəsində zamanla yaranmış dəyişikliklər və son zamanlar geniş müzakirə obyektinə çevrilən iqlim dəyişikliyi mövzusu ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın inkişaf coğrafiyası, təbii sərvətləri, fiziki-coğrafi və iqtisadi rayonlaşması haqqında fikirlərini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Sonda akademik 160 nömrəli klassik gimnaziyanın coğrafiya kabinetinə Xəzər dənizinin hidrometeoroloji atlasını hədiyyə edib.

Dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edir.


8 il əvvəl