• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar

Fevralın 5-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar keçirilib.

Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, təhsil ekspertləri, psixoloq və KİV təmsilçiləri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək, valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasını və sinfin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etməkdir.

Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə pozitiv davranış vərdişlərinin formalaşdırılması, emosional intellektin inkişafı, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkil edilməsi, müəllimlərin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələr və etik davranış prinsiplərindən bəhs edən təqdimatla çıxış edib.

          Psixologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Sultanova “Fiziki və emosional zorakılığın psixoloji fəsadları, cəzalandırmanın sivil yolları” mövzusundakı təqdimatında məktəbdə qeyri-adekvat davranış nümayiş etdirən şagirdlərin islah edilməsi yollarından danışıb, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsi məqsədilə təkliflər irəli sürüb.

Daha sonra çıxış edənlər təhsilin keyfiyyətinin artırılmasında idarəetmənin təkmiləşdirilməsinin vacibliyinə, müəllim-şagird münasibətləri çərçivəsində baş verən hadisələrə KİV-in və sosial medianın münasibəti məsələsinə toxunublar. Çıxışlarda səriştəli valideynlərin hazırlanması, bununla bağlı təbliğat işinin gücləndirilməsi, belə seminarların mütəmadi keçirilməsi və digər bu kimi məsələlərlə dair təkliflər səsləndirilib. Qeyd olunub ki, məktəb idarəçilərinin lazımi xüsusiyyətlərə, müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilindən başlayaraq məktəb idarəçisi olmaq istəyən potensial müəllim və direktor müavinləri üçün təlimlər keçirilir.


8 il əvvəl