• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mərkəzlərin inkişaf perspektivlərinə həsr olunmuş seminar

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, WWF, GIZ, BDU, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri” mövzusunda seminar keçirilib.

Respublikamızda fəaliyyət göstərən Ekoloji tərbiyə və təcrübəçilik və Gənc turistlər və diyarşünaslıq mərkəzləri direktorlarının iştirakı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsilin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsullarının tətbiqi və müxtəlif layihələrin müzakirəsinə həsr edilib.

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq Mərkəzinin direktoru Firuzə Sultan-zadə tədbir iştirakçılarını salamlayaraq seminarın işinə uğurlar arzulayıb.

Ekoloji təhsil sahəsində görülmüş işlər barədə, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası ilə bağlı təqdimatlarda gələcək inkişaf strategiyasının əsas hədəfləri haqqında ətraflı məlumat verilib. Ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi haqqında fikirlər səsləndirilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi,  kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, mərkəz rəhbərləri ilə xüsusi tapşırıqlar üzrə qrup işləri təşkil olunub.

 


8 il əvvəl