• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində növbəti təlim-məşq

Bakıda “Olimpiya Hərəkatı”nın velosiped idman növü üzrə rayon birinciliklərinə yekun vurularaq final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq keçirilib.

Təlim-məşq zamanı Bakı şəhərinin 12 rayon komandasının 60 nəfərdən ibarət idmançı və müəllim heyəti iştirak edib. Tədbirin əsas məqsədi məktəblilərin Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara finalda daha yaxşı nəticə göstərməyə köməklik etməkdən ibarətdir. Təlim-məşq Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Təhsil İdman Mərkəzi, proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı və birbaşa dəstəyi ilə keçirilib.

Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşın İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar məşqçiləri məkətbəlilərə start zamanı vacib olan əməllər, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi və bu kimi digər mövzularda faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani şəkildə nümayiş etdiriblər. Daha sonra komandalar məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar edib. Fasilə zamanı milli komandanın üzvləri və Aqşin İsmayılovun iştirakı ilə məktəblilər üçün master-klass təşkil olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təlim-məşq haqqında fikirlərini bildirib və velosiped idman növünün "Olimpiya Hərəkatı" proqramına daxil olunmasının əhəmiyyətindən bəhs edib. Proqramın ulduz idmançısı Aqşin İsmayilov "Olimpiya Hərəkatı"nın gənclər arasında maraq oyatdığını, velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqramın faydalı olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində təşkil olunmuş rayon birinciliklərinə Bakı şəhərindəki 290-dan çox ümumi təhsil məktəbində təhsil alan şagirdlər cəlb edilib. Bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, yüngül atletika və veloidman) keçirilmiş şən, inklüziv və təhlükəsiz idman yarışlarına 10 minə yaxın (30 faizi qızlar) məktəbli qatılıb.

Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və “Olimpiya sistemi” əsasında keçiriləcək. Yarışlara “Bakı 2015” I Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.


8 il əvvəl