• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiada qalibləri ilə görüş

Fevralın 2-də Gənclər Günü münasibətilə təhsil naziri Mikayıl Cabbarov beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini bildirib.

Beynəlxalq olimpiadalarda daha geniş təmsil olunmaq üçün respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunduğunu vurğulayan təhsil naziri 2014-cü ildən bu istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib. Bu, təhsil tariximizdə rekord göstərici olmaqla bərabər, həm də şagirdlərin prosesə olan inamının təzahürüdür.

Bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyən nazir 2015-ci ildə də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə edildiyini bildirib. Riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq da sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir.

Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox  medalların qazanılmasının hədəfləndiyini qeyd edib.

Qeyd olunub ki, Təhsil Nazirliyinin bu istiqamətdə  gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib.

Sonra təhsil naziri məktəblilərlə söhbət edib, şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Tədbirdə olimpiadalara hazırlıq işinin təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Daha sonra beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərə Təhsil Nazirliyinin təşəkkürnamələri və hədiyyələr təqdim olunub.


8 il əvvəl