• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları nazirlikdə görməkdən məmnunluq duyduğunu ifadə edib.
ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası Prezidentinin bu görüşdə iştirak etdiyini vurğulayan nazir son illər ölkəmizdə akkreditə üzrə aparılan işlər haqqında danışıb, müvafiq qayda və əsasnamələrin hazırlandığını diqqətə çatdırıb. Eyni zamanda nazir bu sahədə ABŞ təcrübəsindən yararlanmağın da əhəmiyyətini qeyd edib.
Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb.
Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir bildirib ki, 2015-ci ilədək 5000-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin Təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi cənab David Plak öncə bu ilin əvvəllərində Azərbaycana rəsmi səfər edən ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrellin salamını nazirə çatdırıb. Təmsil olunduğu təşkilatın bir sıra proqramlar həyata keçirdiyindən, Fulbrayt proqramı çərçivəsində əlaqələrdən danışan qonaq bu görüşü gələcək dialoqun başlanğıcı adlandırıb.
Ali Təhsilin Akkreditasiyası Şurasının Prezidenti xanım Judis İton qəbul üçün nazirə təşəkkür etdikdən sonra rəhbəri olduğu qurumun məqsəd və məramı, akkreditasiya sahəsində gördüyü işlər haqqında məlumat verib. Qonaq əlavə edib ki, 3 000-dən artıq dərəcə verən kollec və universiteti özündə birləşdirən bu təşkilat milli qurum səviyyəsində müvafiq istiqamətdə iş aparır, ona, habelə 60 təşkilat daxildir.
Nazir öz növbəsində ölkəmizdə akkreditə işinin aparılmasına yardım edilməsi təklifi ilə çıxış edib və mövcud sahə üzrə normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində rəy bildirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.
Beynəlxalq Təhsil Universiteti Qəbul xidmətinin direktoru xanım Linda Tobaş da mübadilə proqramlarının əhəmiyyətini qeyd edərək, bu işin daha da inkişaf etdirilməsindən danışıb. L.Tobaş təmsil olunduğu qurumun gördüyü işlər və ABŞ-da fəaliyyət göstərən universitetlər barədə məlumat verib.
Görüşdə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın təsdiq edilməsi, gənclərin müxtəlif proqramlarda iştirakı, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub.
ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri cənab Conatan Henk görüşdə iştirak edib.


8 il əvvəl