• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 28-də Parisdə keçirilən “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfransda iştirak edir.

YUNESKO-nun “Ələddin” layihəsi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin birgə təşkil etdiyi konfransda Fransa, ABŞ, Tunis, Türkiyə, Mərakeş və digər ölkələrin  nazir  və nazir müavinləri, Avropa İttifaqı rəsmiləri, siyasi xadimlər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Konfransın 3-cü sessiyasında Ceyhun Bayramovun çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.


8 il əvvəl