27.01.2016

“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar

     Təhsil Nazirliyi “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarların keçirilməsinə başlayır. İlk belə seminar Xırdalan şəhərində keçiriləcək.
     Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq. Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək.
     Seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunur.

 


Açar sözlər: ,  ,  ,