• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərdən ibarət basketbol komandalarının təlim-məşq görüşü

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün basketbol idman növü üzrə təlim-məşq keçirilib.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir.

Proqram çərçivəsində baş tutan ilk belə kütləvi təlim-məşqin keçirilməsinə Azərbaycan Basketbol Federasiyası da dəstək verib.

Gənc basketbolçuların bu idman növünün sirlərini daha dərindən öyrənməsinə dəstək vermək üçün “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyev tədbirdə iştirak ediblər. Təlim-məşq görüşünü daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də tədbirə qatılıb.

Komandalararası yarışlar bitdikdən sonra məktəblilər yeniyetmələrdən ibarət milli komanda üzvlərinin nümunəvi oyununu izləyiblər.

Daha sonra Cem Becel və Amil Həmzəyev məktəblilər üçün master-klass nümayiş etdiriblər.

Tədbirin sonunda idmançılar tərəfindən imzalanmış toplar xatirə hədiyyəsi kimi yarışda iştirak edən məktəblilərə təqdim olunub.


8 il əvvəl