• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Misir Mərdanov qonağı səmimi salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb, eyni zamanda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumun təşkilində göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin Azərbaycanın qonağın rəhbərlik etdiyi qurumda aparıcı üzvlərdən birinə çevrildiyini qeyd edib.
Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV  konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. Misir Mərdanov öz çıxışında tədbirə dəvət olunacaq şəxslər, qonaqların yerləşdirilməsi və bu kimi məsələlərə də toxunub.
Cənab Əbdüləziz Bin Osman Əl-Tüveycri öncə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən, habelə cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq istiqamətində görülən işlərdən söz açıb.
Görüşdə konfransa dair proqram layihəsinin hazırlanması, eləcə də birgə görüləcək digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi edilib.


8 il əvvəl