• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib.

İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib.   
Təhsil naziri Misir Mərdanov müşavirəni açaraq bildirib ki, cari ilin 6-8 oktyabr tarixlərində Bakıda islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Nazir konfransa ciddi hazırlıq işlərinin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu məqsədlə Təşkilat Komitəsinin yaradılacağını bildirib.
Misir Mərdanov İSESKO nümayəndələrinin konfransın keçiriləcəyi vaxtadək ölkəmizə səfər edəcəklərini, eləcə də həmin təşkilatın rəhbərinin tədbirdən bir neçə gün öncə ölkəmizə gələcəyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, İSESKO tərəfindən artıq konfransın proqramı hazırlanıb, bəzi ölkələrə dəvət məktubları da göndərilib.
Sonra Misir Mərdanov qonaqların təmsil olunduqları ölkələrin dilində Azərbaycan haqqında məlumat hazırlanması, proqramın mədəni tədbirlər hissəsinin müəyyənləşdirilməsi barədə nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, digər mühüm məsələlərə də toxunub.
Müşavirədə iştirak edən İSESKO təşkilatının məsul nümayəndəsi cənab Əhməd Səid Ould Bax konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilatı tədbirlərin həyata keçirilməsinin məqsədəuyğunluğunu bildirib. Konfransda 250-yə yaxın nümayəndənin iştirak edəcəyini bildirən Əhməd Səid Ould Bax öz çıxışında qonaqların dəvət olunması, tərcümə işinin təşkili, bəzi ölkələrin iştirakına Azərbaycan tərəfindən dəstək göstərilməsi, viza probleminin həll edilməsi və s. məsələləri qeyd edib.
Sonda konfransın uğurla keçəcəyi əminliklə vurğulanıb.


8 il əvvəl