• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

14-29 yanvar 2016-cı il tarixlərində (iş günləri nəzərə alınmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməməsi xahiş olunur.

 

Hörmətli Facebook istifadəçiləri!

 

- Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

- Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.

- Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.


8 il əvvəl