• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Texnologiya Universitetinə mediatur

Azərbaycan Texnologiya Universitetində (ATU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil edilən mediaturda 10-dan artıq KİV nümayəndəsi iştirak edib.

Mediatur zamanı ATU-nun rektoru Akif Süleymanov KİV nümayəndələri və imtahanları müşahidə edən valideynlərə məlumat verib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə bütün zəruri addımlar atılıb, şəffaflığın qorunması üçün valideyinlərin iştirakına şərait yaradılıb. Kompüter vasitəsilə götürülən imtahanların gedişini hər bir valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Test üsulu ilə keçirilən imtahan sessiyası yanvarın 29-dək davam edəcək. Kredit sistemi əsasında qiymətləndirmə aparılan imtahanların gedişinə xüsusi təlim keçmiş əməkdaşlar nəzarət edir. Cavabların qiymətləndirilməsi isə xüsusi proqram vasitəsilə həyata keçirilir və nəticələr həmin gün açıqlanır.

İlk dəfə imtahanları birbaşa müşahidə edən valideyinlər tələbələr üçün yaradılmış əlverişli şəraitdən və onların biliyinin qiymətləndirilməsinin şəffaf təşklindən razılıqlarını bildiriblər.

Media təmsilçiləri və valideynlər universitetin bir neçə auditoriyasında imtahanların gedişini izlədikdən sonra valideyinlər universitet rəhbərliyi ilə görüşüb. ATU-nun rektoru Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb. Rektor valideyinləri əmin edib ki, universitetin rəhbərliyi və professor-müəllim heyəti imtahanların obyektiv təşkili və tələbələrin imtahanlara daha səmərəli hazırlaşması üçün bütün tədbirləri həyata keçirir.

 


8 il əvvəl