• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Yanvarın 8-də məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Dünya Bankının maliyyə, “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir..

Müsabiqənin keçirilməsində əsas məqsəd pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.

Bakı şəhərindəki 204 saylı tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, təhsil ekspertləri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin əhəmiyyətindən danışaraq məktəb icmalarının valideyn və məktəb arasında etibarlılığın möhkəmlənməsinə zəmin yaratdığını bildirib. M.Vəliyeva qeyd edib ki, məktəb, şagird və valideyn arasında düzgün qurulan əlaqə uşağın gələcək taleyində böyük rol oynayır.

Sonra çıxış edənlər məktəb icmaları layihəsinin məktəb-valideyn münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışaraq, bu əməkdaşlığın uşaqların tədris nailiyyətlərinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, www.community.az saytı vasitəsilə keçirilən müsabiqədə 37 sinif icması iştirak edib. Qaliblər 5 nominasiya üzrə müəyyənləşdirilib. “Sinif icmasının ən yaxşı planı” nominasiyasında Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin III-j sinfi, “Xərcsiz sevinc” nominasiyasında Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin II-c sinfi, “Ən orijinal fikir” nominasiyasında Bakı şəhəri Ə.Əliyeva adına 204 saylı tam orta məktəbin VI-d sinfi, “Sərhədsiz xeyirxahlıq” nominasiyasında isə Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin IX-b sinfi qalib olub. “Ən fəallar” nominasiyası üzrə isə 2 icma - İsmayıllı şəhəri İ.Həsənov adına 1 saylı tam orta məktəbin VIII-a sinfi və Bakı şəhəri 169 saylı tam orta məktəbin VI-b sinfi fərqlənib.

Hər bir nominasiya üzrə qaliblərə Fəxri fərman və  müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Müsabiqənin keçirilməsinə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, “Baker Tilly Azərbaycan” MMC, “AZZA” şirniyyat evi, "Khazar Ventures" MMC, "Azerfon" MMC şirkətləri tərəfindən dəstək verilib.


8 il əvvəl