• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair saziş imzalanıb.

İyunun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair saziş imzalanıb.
Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Misir Mərdanov açıb. Qonaqları səmimi salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun qaldığını bildirib. Ölkəmizlə Alman Akademik Mübadilə Xidməti arasındakı mövcud əlaqələrdən danışan nazir hər iki tərəf üçün faydalı əməkdaşlığın son illər xeyli inkişaf etdiyini, azərbaycanlı tələbələr arasında Almaniya universitetlərində təhsil almağa marağın artdığını bildirib. Misir Mərdanov hər il təxminən 60-70 nəfərin DAAD-ın təklif etdiyi müxtəlif təhsil proqramlarında iştirakını da vurğulayıb. Ölkəmizdə gənclərin xaricdə təhsil almasına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd edən nazir bu məqsədlə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan Proqram barədə qonağa məlumat verib və imzalan sazişin məhz həmin proqramın tərkib hissəsi olduğundan söz açıb.
Hazırda ölkəmizdə yüksək ixtisaslı həkimlərə, kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə böyük ehtiyac olduğunu vurğulayan nazir bu sahədə Almaniya universitetləri ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Misir Mərdanov Almaniya tərəfinin təklif etdiyi hər iki istiqamətdə-humanitar və texniki təhsildə əməkdaşlığa, aparılan işlərin şəffaflığı üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti cənab Maks Huber təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlıq edib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan arasında 17 ilə yaxın dövr ərzində davam edən əlaqələri yüksək dəyərləndirib, habelə imzalanan sazişin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini açıqlayıb.
Tədbirdə DAAD-ın 1000-dən artıq azərbaycanlı alim və tələbəyə təhsil təqaüdü ayırdığı da qeyd edilib.   
Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Per Kristofer Stankina da çıxış edərək imzalanan sazişin əhəmiyyətindən, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan söz açıb.
Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti Maks Huber azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair sazişi imzalayıb.
İmzalanma mərasimindən sonra nazir və vitse-prezident jurnalistlərin suallarını cavablandırıb.


8 il əvvəl