• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində ilin yekunlarına həsr olunmuş mətbuat konfransı

Dekabrın 29-da Təhsil Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.

Mətbuat konfransında 2015-ci ildə təhsil sahəsində baş verən mühüm hadisələr, Təhsil Nazirliyi tərəfindən görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlərə dair videoçarx nümayiş olunub.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar barədə KİV nümayəndələrinə məlumat veriblər. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə diqqəti nəticəsində cari ildə əhəmiyyətli uğurlar əldə edilib və təhsil sisteminin inkişafı baxımından yeni başlanğıcın möhkəm bünövrəsi qoyulub. 2016-cı ilin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin daha müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

Tədbirdə iştirak edən təhsil ekspertləri təhsillə bağlı görülən işləri yüksək qiymətləndirib və ictimaiyyətin həyata keçirilən təhsil islahatları ilə bağlı Təhsil Nazirliyini dəstəklədiyini nəzərə çatdırıblar.

Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat konfransının sonunda KİV təmsilçilərinə Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.

 

2015-ci təqvim ilinin təhsil xronikası

 

“Təhsil” televiziyasının hazırladığı 2015-ci ilin təhsil videoxronikası

 


8 il əvvəl