• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.

İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.  
Qonağı səmimi salamladıqdan sonra Misir Mərdanov “British Council” təşkilatı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıqdan söz açıb. Nazir bildirib ki, bu təşkilat ölkəmizdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi, bu dili öyrənənlərə yardım göstərilməsi və digər mühüm layihələr istiqamətində əhəmiyyətli işlər həyata keçirib. Nazir həmçinin təşkilatın ölkəmizdəki 15 illik fəaliyyəti dövründə təhsil sahəsinə göstərdiyi dəstəkdən razılığını ifadə edib və aparılan işi daha səmərəli şəkildə davam etdirməyin labüdlüyünü vurğulayıb.
Yeni tədris ilindən ölkəmizin 7 orta məktəbində pilot layihə reallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayan nazir bu layihənin məqsədindən danışaraq bildirib ki, həmin məktəblər üçün xüsusi tədris planı təsdiq ediləcək, ingilis dilinin tədrisinə ayrılan vaxt artırılacaq və burada müvafiq fənni tədris edən müəllimlər treninqlərə cəlb olunacaq. Nazir, layihə uğurlu olduğu təqdirdə bu işin davamlı olacağını da diqqətə çatdırıb.
Misir Mərdanov ölkəmizin orta ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi vəziyyətindəki mövcud problemləri sadalayaraq qeyd edib ki, hazırda bu istiqamətdə məqsədyönlü iş aparılır.
Sonra nazir müvafiq layihəyə, eləcə də ingilis dili dərsliklərinin və dərs komplektlərinin hazırlanması işinə “British Council” təşkilatı tərəfindən dəstək göstərilməsinin məqsədəuyğunluğunu bildirib, qarşılıqlı səfərlərin təşkilinin aparılan işə yardım edəcəyini qeyd edib. Eyni zamanda nazir bu təşkilatın təbiət fənlərinin tədrisi üzrə yaxın günlərdə keçirəcəyi seminarın əhəmiyyətindən də söz açıb, bu işi dəstəklədiyini açıqlayıb.
Xanım Nikol lə Os de Lalüvye səmimi qəbula və görülən işləri yüksək qiymətləndirdiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Qonaq ölkəmizdə ingilis dilinin tədrisi və təkmilləşdirilməsi üzrə aparılan layihələrə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib.
Cari ilin payızında texniki-peşə təhsili sahəsi ilə bağlı mütəxəssislərin Bakıya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdıran xanım Lalüvye onların peşə təhsili müəssisələrində görüşlər keçirməsinin əhəmiyyətdən danışıb.
Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almasına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitorinq keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


8 il əvvəl