• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu liseyində olub.

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu liseyində olub.  
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanı və onunla birgə gələn qonaqları səmimi salamlayıb.
Liseylə tanışlıqdan sonra qonaqlar təhsil müəssisəsinin konfrans zalında təşkil olunan məzun gecəsində iştirak ediblər. Gecədə türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunub.
Mərasimi giriş sözü ilə açan Bakı Türk Anadolu Liseyinin direktoru Cahit Altınçiçək 1993-cü ildən fəaliyyət göstərən təhsil ocağının uğurlarından danışıb, liseyi bitirən məzunların xoş soraqlarının dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərindən gəldiyini deyib. C.Altınçicək liseyi bu il qurtaran 43 məzundan 28-nin Türkiyənin tanınmış universitetlərinə qəbul olunduğunu diqqətə çatdırıb, habelə nüfuzlu nümayəndə heyətinin gəlişindən böyük şərəf duyduğunu bildirib.
Sonra səhnəyə bu il liseyi uğurla bitirən məzunlar dəvət edilib. Türkiyə Respublikasının ali məktəblərinə daxil olan gənclərin adları xüsusi qeyd olunub, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan gənclərə liseyi bitirmələri haqqında diplom və xatirə hədiyyələri təqdim edib. Təhsil naziri Misir Mərdanov məzunlara orta təhsil haqqında attestatları təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən ölkəmizdə fəaliyyət göstərən Azərbaycan –Türkiyə özəl liseylərinin, Qafqaz Universitetinin uğurlarından danışıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Nazir xüsusilə hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib, bu sahədə əldə olunan uğurlardan danışıb. Nazir Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın və onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycandan öz vətənlərinə gözəl təəssüratlarla dönəcəklərinə ümidvar olduğunu deyərək ən xoş arzularını çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan çıxış edərək hər iki ölkə parlamentləri arasında mövcud olan işgüzar əməkdaşlıqdan danışıb. Qardaş və dost Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Türkiyə Parlamentinin sədri burada özünü vətənindəki kimi hiss etdiyini bildirib və məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.


8 il əvvəl