• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Boks üzrə açıq birincilik keçirilib

8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin boks üzrə açıq birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərmək, onları sağlam həyat tərzinə cəlb etmək və gənc idmançıların yarış təcrübəsini artırmaqdan ibarətdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarışda 1, 8 və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəblərindən (İOEUGİM), Respublika Olimpiya İdman Liseyindən, “Qalib” və “Dinamo” idman klublarından, Cəlilabad, Neftçala, Şirvan, Şabran və Ağsudan ümumilikdə 11 komanda iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirmələri qalib gəliblər. İkinci yeri 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, üçüncü yeri isə Cəlilabad rayonunun komandası qazanıb.


8 il əvvəl