• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi

Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib.

Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planınına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.

Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim olunub.

İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.


8 il əvvəl