• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub.

İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub.
Mərasimdə təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Qonaqları salamlayan cənab Masamitsu Oki Yaponiya Hökumətinin öz yardımını Azərbaycandan əsirgəmədiyini qeyd edib və həyata keçiriləcək layihələrin uğurlu töhfələr verəcəyinə əmin olduğunu bildirib. Səfir qeyd olunan qrant proqram üzrə ölkəmizdə ayrı-ayrı sahələr üzrə ümumi məbləği 7 327 691 ABŞ dolları olan 106 layihənin həyata keçirildiyini diqqətə çatdırıb, eləcə də imzalanacaq müqavilə haqqında da məlumat verib.
Təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdə təhsil sahəsi üzrə görülən işlərə dəstək göstərdiyini xüsusi qeyd edib, eyni zamanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. Ölkəmizin ucqar kəndlərində Yaponiyanın maliyyə vəsaiti hesabına məktəblərin tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Misir Mərdanov görülən işlərə görə səfirə təşəkkür edib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu proqram çərçivəsində həyata keçirilən tədbirlərin ilkin tibbi yardımın səviyyəsinin yüksəlməsində böyük əhəmiyyətindən danışıb.
Sonra ümumi dəyəri 351 289 ABŞ dolları olan Ağcabədinin Taxtakörpü kəndində köçkün məktəbi və Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi, habelə Zaqatalanın Faldarlı, İmişlinin Xalaflı kəndlərində isə ilkin təcili yardım məntəqəsinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalanıb.
Müqavilələri Yaponiya tərəfdən cənab Masamitsu Oki, Azərbaycan tərəfindən isə icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalayıblar.


8 il əvvəl